Ölkə futbolu

“Qəbələ” ilə oyunöncəsi “Rəvan”da son durum

Premyer Liqanın XXIII turunda "Rəvan" səfərdə "Qəbələ"nin qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, Fevralın 23-də baş tutacaq oyun öncəsi "Rəvan"da elə də böyük problem yoxdur. Sadəcə komandanın yeni transferi Tyeqo Mirsame zədəlidi. Ötən turda "Sumqayıt"la görüşün ilk hissəsində zədə alan futbolçu hazırda həkim nəzarəti altındadır və onun "Qəbələ" ilə oyunda meydana çıxıb-çıxmayacağı matç günü müəyyənləşəcək.

Qeyd edək ki, "Qəbələ" – "Rəvan" qarşılaşması 13:00-da başlayacaq.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43