Kateqoriyasız

“Qəbələ” – “Krasnodar” matçının biletləri nə vaxt satışa çıxır?

Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Krasnodar” matçı üçün nəzərdə tutulmuş biletlər dekabrın 7-də satışa çıxarılacaq.

İdmanxeber.com-un məlumatına görə, “Bakcell Arena”da keçiriləcək oyun üçün satışa çıxarılacaq ən ucuz bilet 2 manatadı.

Biletlər oyunun keçiriləcəyi “Bakcell Arena”nın kassalarında satılacaq. Qiymətlər isə yerlərə görə 2, 5 və 10 manat olacaq.

Qeyd edək ki, dekabrın 10-u baş tutacaq matç saat 22:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43