Kateqoriyasız

PFL “Bakı”nın oyununun vaxtını dəyişdi

Futbol üzrə Azərbaycan birinci divizionunun XIII turunun oyun cədvəlində dəyişiklik olunub.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakılı” klubu ev oyunlarını keçirdiyi stadionun dekabrın 15-dən etibarən təmir olunacağını əsas gətirərək, XIII turun “Bakı” ilə matçının vaxtının dəyişdirilməsini xahiş edib.

“Bakı” klubunun da razılıq məktubunu alan PFL “Bakılı” – “Bakı” matçının əvvəlcədən nəzərdə tutulduğu 18 dekabrda deyil, 8 dekabrda oynanılmasına qərar verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43