Ölkə futbolu

“Qəbələ” “Lill” üçün hazırlaşır

UEFA Avropa Liqasının III təsnifat mərhələsində Fransanın “Lill” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk matçın hazırlığına start verib.

İdmanxeber.com-un məlumatına görə, iyulun 21-də “Bakcell Arena”da Macarıstanın MTK klubuna qarşı keçirilən II təsnifat mərhələsinin cavab qarşılaşmasının (2:0) ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” məşqlərini iyulun 23-də bərpa edib. 

Bakıda baş tutan məşq prosesində futbolçular fiziki hazırlıq üzərində çalışıblar. Komandamız növbəti məşqini bu gün gerçəkləşdirəcək. Günün ikinci yarısına təsadüf edəcək hazırlıq toplu çalışmalardan ibarət olacaq.
Xatırladaq ki, III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Lill” – “Qəbələ” görüşü Lill şəhərinin “Stad Pyer Morua” stadionunda baş tutacaq. İyulun 28-dəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43