28 İyun 2026
Ölkə futbolu

“Kəpəz” 1-ci divizion klubu ilə qarşılaşıb

“Kəpəz”in əvəzedici komandası növbəti yoxlama oyununu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, “Dubl” səfərdə Şəmkirin eyni adlı komandası ilə qarşılaşıb.

Yerli Olimpiya İdman Kompleksinin meydançasında keçirilən oyun “sarı-göylər”in minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1.

İki günlük istirahətə buraxılan əvəzedicilər iyulun 27-də məşqlərə başlayacaq. Komanda bundan iki gün sonra Qəbələdə “Qarabağ”ın əvəzedici heyəti ilə yoxlama oyununda qüvvəsini sınayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43