Kateqoriyasız

“Qəbələ” milli üzvündən şad xəbər aldı

Azərbaycan Premyer Liqasının XXII turunda “Rəvan”la qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarına start verib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, XXI turun fevralın 14-də keçirilən “Sumqayıt”la ev matçının (1:0) ertəsi günü hazırlıq keçib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşqə çıxıb.

Bugünkü hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun futbolçuları əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində zədəli futbolçular – Aleksey Antonov və Dodo iştirak etməyiblər. Bir müddətdir fərdi məşq edən Ruslan Abışov komanda ilə birlikdə ilk məşqinə çıxıb. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında Qəbələ şəhər stadionunda baş tutacaq.

Xatırladaq ki, “Rəvan” – “Qəbələ” oyunu fevralın 21-də keçiriləcək. “Bayıl Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 16:00-da veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43