İdman

“Qəbələ” Moldova klubuna qarşı

Ukraynada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün yoxlama oyunu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Roman Qriqorçukun komandası Moldovanın “Dinamo-Avto” klubunu sınağa çəkəcək.

Yığmaların düşərgəsində olan futbolçular Nika Kvekveskiri, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov, Teo Uiks, Sergey Zenyov, Elvin Camalov və Sadiq Quliyev bu görüşdə forma geyməyəcək.

20:00 “Qəbələ” – “Dinamo-Avto”



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43