Milli komanda

Rahid Əmirquliyev: “Sürprizə imkan verməyəcəyik”

"DÇ-2018-də ilk oyunumuzdu. Ona görə də bzi rahat oyun gözləmir. Rəqibimizi yaxşı analiz eləmişik. Həm güclü, həm zəif cəhətlərini bilirik. Ona görə də qalib gələcəyimizə əminəm. Bura 3 xal üçün gəlmişik. Qələbədən başqa nəticə bizi qane etmir".

Bu sözləri İdmanxeber.com-a açıqlamasında millimizin üzvü Rahid Əmirquliyev deyib.

Bugünkü matçda əsas heyətdə meydana çıxacaq ətcrübəli futbolçu qələbə qazanacaqlarına əmin olduqlarını vurğulayıb:

"Düzdü futbolda hər şey olur. Ancaq bizi ancaq qələbə qane edir. DÇ-2018-ə yaxşı başlamaq üçün qələbə qazanmaq şərtdi.  Hansı ki, hamı bizi bu oyunun favoriti göstərir. Biz əlimizdən gələni edəcəyik ki, bu gün sürpriz olmasın və qələbə ilə vətənə qayıdaq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43