Kateqoriyasız

“Qəbələ” “Qarabağ”la oyunun hazırlığına başladı

Premyer Liqanın XXXII turu çərçivəsində mayın 2-də “Qarabağ”la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına start verib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  “Xəzər Lənkəran”la aprelin 25-də səfərdə keçirilən XXXI turun oyununun (1:0) ertəsi günü Bakıda məşq edib, Qəbələyə qayıdan komanda ötən gün çalışmalarını doğma meydanda bərpa edib.

Bir günlük istirahət edən komandanın hazırlıqlarına fizioterapiya kursu keçən Dodo qatılmayıb. Braziliyalı yarımmüdafiəçi “Qarabağ”la oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, mayın 2-də Qəbələdə keçiriləcək “Qarabağ”la qarşılaşma saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43