Kateqoriyasız

“Qəbələ” tam heyətlə hazırlaşır

“Qəbələ” Azərbaycan Premyer Liqasının III turunun hazırlığını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” Gəncənin “Kəpəz” klubu ilə ev oyununa Qəbələ şəhər stadionunda hazırlaşır. UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la (Yunanıstan) Bakıda keçirilən ilk oyunundan (0:0) sonra məşqlərə ara verməyən komanda Qəbələyə qayıdaraq, ilk məşqini gerçəkləşdirib. Dünən baş tutan axşam məşqinə “Qəbələ” tam heyətlə çıxıb. İtkisiz hazırlaşan komanda əsasən toplu çalışmalara üstünlük verib. Roman Qriqorçukun yetirmələrinin növbəti – oyunöncəsi son məşqi bu gün axşam baş tutacaq.

Xatırladaq ki, “Qəbələ” – “Kəpəz” matçı avqustun 23-də keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43