Kateqoriyasız

Lənkəranda kassalar bağlandı, “qara bazar” iş başında

Bu gün Premyer Liqanın III turunun açılış oyunu –  “Xəzər Lənkəran” – “Rəvan” matçı üçün kassalarda bilet satışı dayandırılıb.

İdmanxeber.com-un Lənkəran müxbirinin verdiyi məlumata görə, artıq kassalarda bilet satışı dayandırılıb.  

Azarkeşlərin oyuna böyük marağını görən “qara bazar” yenidən iş başındadı. 1 manatlıq uduşlu biletləri Lənkəran stadionunun qarşısında istənilən qiymətə tapmaq olar.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43