08 Sentyabr 2024
Kateqoriyasız

“Qəbələ” transferə doymur: daha bir legionerin keçidi həll olundu

2015/2016 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

İdmanxeber.com-un məlumatına görə, mövsümlərarası fasilədə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov və Aleksey Antonovu heyətinə qatan “qırmızı-qaralar” 9-cu transferini reallaşdırıb.

Əyalət təmsilçisi serbiyalı futbolçu Vojislav Stankoviçlə icarə əsasında 1,5 illik müqavilə imzalayıb. 2014/2015 mövsümünün ikinci yarısında Azərbaycanda çıxış edən 28 yaşlı müdafiəçi Bakı “İnter”inə məxsusdu. Topaz Premyer Liqasında 12 matçda 1 qol vuran Stankoviç “İnter”in heyətində ümumilikdə 16 oyuna çıxıb.

Ölkəmizə gələnədək 5 il Serbiyanın “Partizan” klubunda çıxış edən Vojislav 2010-2015-ci illərdə Belqrad təmsilçisinin şərəfini qoruyub. Müdafiəçi karyerası ərzində “Dinamo” (Vranye, 2006-2008) və OFK (2009) klublarında da çıxış edib. 2010-cu ildə Serbiya millisinə çağırılan arxa xətt oyunçusu yığmada 1 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43