İdman

“Qəbələ” “Vakker” və MOİK-ə qarşı

Təlim-məşq toplanışını Avstriyada davam etdirən “Qəbələ” bu gün mini turnirdə iştirak edəcək.

İdmanxeber.com-un məlumatına görə, Roman Qriqorçukun komandası Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayacaq.

Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmalarda klublar bir-biri ilə 1 hissədən ibarət oyunlarda qarşılaşacaq.

Qeyd edək ki, “Qəbələ” Avstriya toplanışında iki yoxlama oyunu keçirib.  “Fulpmes”ə  8:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar”  Rusiya “Axmat”ına uduzub – 0:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43