Ölkə futbolu

“Qəbələ” və “Neftçi” irəlilədi, “Qarabağ” isə…

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, komandalarımızdan ən yaxşı nəticəyə sahib olan “Qarabağ” ötən ayla müqayisədə 1 pillə geriləyərək 13,375 xalla 122-ci yerdə qərarlaşıb.

“Neftçi” 2, “Qəbələ” isə 5 pillə irəliləyərək müvafiq olaraq 156-cı və 208-ci pillələrdə qərarlaşıblar.

“İnter” 219, “Xəzər Lənkəran” 284, “Kəpəz” isə 323-cü sırada yer alıb.

453 ölkənin yer aldığı siyahıya 144,428 xalla “Real” başçılıq edir. “Bavariya” 134,328 xalla 2-ci, “Barselona” 129,428 xalla 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43