Kateqoriyasız

“Qəbələ” Yunanıstanda dəstəksiz qalmayacaq (AÇIQLAMA)

UEFA Avropa Liqasının qrup mərəhləsi çərçivəsində noyabrın 26-da səfərdə PAOK-la qarşılaşacaq "Qəbələ" Yunanıstanda dəstəksiz qalmayacaq.

Klubun media və makretinq üzrə meneceri Səməd Nəsibovun İdmanxeber.com-a verdiyi məlumata görə, komandanı Salonikidə 50-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir. Yunanıstanda yaşayan həmyerlilərimiz kluba bunun üçün müraciət də ediblər.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43