Kateqoriyasız

“Roma” Kataloniyada rüsvay oldu, “Bavariya” və “Arsenal”dan darmadağın (YENİLƏNİB)

Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçirilib.

Qeyd edək ki, Çempionlar Liqasında 5-ci turun növbəti 8 oyunu bu gün keçiriləcək.

24 noyabr
Çempionlar Liqası, qrup mərhələsi 
 
E qrupu
BATE (Belarus) – "Bayer" (Leverkuzen, Almaniya) – 1:1
Qollar: Qordeyçuk, 2 – Mehmedi, 68
 
"Barselona" (İspaniya) – "Roma" (İtaliya) – 6:1
Qollar: Suares, 15, 44, Messi, 18, 60, Pike, 56, Korrea, 77 – Edin Dzeko, 90+1
 
F qrupu
"Bavariya" (Almaniya) – "Olimpiakos" (Yunanıstan) – 4:0
Qollar: Duqlas Kosta, 8, Levandovski, 16, Müller, 20, Koman, 70
 
"Arsenal" (İngiltərə)  – "Dinamo" (Zaqreb, Xorvatiya) – 3:0
Qollar: Özil, 29, Sançez, 33, 69
 
G qrupu
"Makkabi" (Təl-Əviv, İsrail) – "Çelsi" (İngiltərə) – 0:4
Qollar: Keyhil, 21, Villian, 73, Oskar, 77, Baba, 90+1
 
"Portu" (Portuqaliya) – "Dinamo" (Kiyev, Ukrayna) – 0:2
Qollar: Yarmalenko, 35, Qonzalez, 64
 
H qrupu
"Zenit" (Rusiya) – "Valensiya" (İspaniya) – 2:0
Qollar: Şatov, 15, Dzyuba, 73
 
"Lion" (Fransa) – "Gent" (Belçika) – 1:1
Qollar: Ferri, 7 – Miliçeviç, 32


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43