08 Sentyabr 2024
Ölkə futbolu

Qəbələdə III kubok

Ənənəvi Qəbələ Kubokunun keçirilmə vaxtı dəqiqləşib. 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kuboku turniri mayın 29-da start götürəcək. Yarış iyunun 1-dək davam edəcək.

Həmişə olduğu kimi, Qəbələdə baş tutacaq turnirdə iştirak edəcək komandalar Azərbaycana mayın 28-i təşrif buyuracaq, iyunun 2-i isə Azərbaycanı tərk edəcəklər. Turnirin bu tarixdə keçirilməsinin başlıca səbəblərindən biri may ayının əvvəllərində əksər ölkələrdə çempionatların final mərhələlərinin keçirilməsidir. Komandaların turnirdə iştirakını təmin etmək məqsədilə bu səbəb diqqətə alınıb.

Turnirin iyun ayında keçirilməməyinin səbəbləri isə sözügedən ayın 12-də Dünya çempionatının start götürməsi (həmin müddətdə bütün media və azarkeşlərin diqqəti Dünya Çempionatına yönəlir) və iyun ayından etibarən Qəbələdə turizm mövsümünün açılması ilə bağlıdır.

gabalafc.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43