19 Sentyabr 2024
Kateqoriyasız

“Qəbələ”də istefa

“Qəbələ” İdman Klubunun tibbi personalında kadr dəyişikliyi baş verib.

İdmanxeber.com-un məlumatına görə, futbol komandasının həkim-fizioterapevti Rahim Məhərrəmov klubdan ayrılıb.

Buna 2013-cü ilin yayından “Qəbələ”də çalışan həkimin ailə vəziyyəti səbəb olub. Paytaxt Bakıda yaşamaq zərurəti yaranan Məhərrəmov klubdan ayrılmağa məcbur olub.

O, gabalafc.az saytına açıqlamasında buna təəssüfləndiyini bildirib: “Qəbələ”də 2 əla il keçirdim. Burada hər şey yaxşı idi. Lakin təəssüf ki, indi klubdan ayrılmaq məcburiyyətindəyəm. “Qəbələ”də olduğum müddətdə dəstəyə görə klub rəhbərliyinə, burada çalışan hər kəsə təşəkkür edirəm. Komandaya qarşıdakı yarışlarda uğurlar arzulayıram”.

“Qəbələ” İdman Klubu Məhərrəmova komandadakı fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43