Ölkə futbolu

“Qəbələ”dən Bakı Metropliteninə müraciət

“Qəbələ” klubu Bakı Metropoliteninə müraciət edib. 

İdmanxeber.com xəbər verir ki, klubun baş meneceri Zaur Əzizovun “Report”a verdiyi məlumata görə, məktubda Bakı Metropoliten rəhbərliyindən “qırmızı-qaralar”ın Fransa “Sent Etyen”i ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra azarkeşlərin evlərinə qayıtmaları üçün şərait yaradılması xahiş olunub.

Noyabrın 3-də “Bakcell Arena”da keçiriləcək görüş saat 22:00-da başlayacaq. Oyun metro stansiyaların bağlanacağı ərəfədə – gecə saat 24 radələrində başa çatacağından, tamaşaçılar yaxınlıqdakı “Xalqlar dostluğu” və “Neftçilər” stansiyalarına vaxtında çatamayacaqlar. Məhz bu amili nəzərə alan “Qəbələ” rəhbərliyi stansiyalara giriş vaxtının gecə saat 01:00-dək uzadılmasını istəyib.

Metroplitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bu cür müraciətlərə müsbət yanaşıldığını bildirib: “Klub müraciət edibsə, məsələyə baxılacaq və müvafiq qərar veriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43