Kateqoriyasız

“Qəbələ”dən daha bir RƏSMİ transfer

“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. 
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “transfer pəncərəsi”nin son günündə ikinci hücumçu ilə anlaşan komanda Vaqif Cavadovun ardından Fakundo Abel Pereyranı da heyətinə qatıb.  
28 yaşlı argentinalı hücumçu 2014-cü ildən Yunanıstanın PAOK klubunun üzvüdür. “Qəbələ” icarə əsasında heyətinə qatdığı Pereyra ilə 1 illik anlaşıb. 
Cənubi amerikalı Saloniki təmsilçisinə keçənədək vətənində “Estudiantes” (2006-2011), “Ximnasiya” (2012-2014, icarə əsasında), Çilidə “Palestino” (2009, icarə əsasında), “Audaks İtaliano” (2011-2012), Meksikada “San Luis” (2012-2014) klublarında çıxış edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43