Kateqoriyasız

“Qəbələ”dən daha iki mükafat

“Qəbələ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə komandaları növbəti oyunlarını keçirib.

İdmanxeber.com-un məlumatına görə, akademiyanın yetirmələri AFFA-nın təşkil etdiyi liqalarda qüvvələrini sınayıblar.

U-19 səfərdə “Simurq”a məğlub olub – 0:4. 29 oyundan sonra hesabında 59 xal olan “Qəbələ” son turda “Əlincə”ni qəbul edəcək. Çempion adını qazanıb, mükafatını da alan U-17 isə son matçında səfərdə “Sumqayıt”a qalib gəlib – 2:1. U-16 komandası son turda “Neftçi” PFK ilə heç-heçə edib – 3:3. 28 oyunda 67 xal toplayan “qırmızı-qaralar” “Qarabağ”la eyni xal toplasa da, əlavə göstəricilərə görə 2-ci yerlə kifayətlənib. Son oyununda öz meydanında “Sumqayıt”la qarşılaşan U-15 7:0 hesabı ilə qalib gəlib. 26 oyunda 62 xal toplayan “qırmızı-qaralar” mövsümü 2-ci pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43