Kateqoriyasız

“Qəbələ”ni məyus edən futbolçu: “Neftçi” yalnız birinci yer üçün oynayır”

“Neftçi”nin futbolçusu Filyo Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilmiş “Qəbələ” klubu ilə oyundan sonra fikirlərini klub televiziyasına açıqlayıb. 

İdmanxeber.com-un məlumatına görə, yeganə qolun müəllifi bunları deyib:

“Çox yaxşı oynadıq, həm hücumda, həm də müdafiədə komanda olaraq əlimizdən gələni etdik. Bu oyunu sərgiləmək üçün həftəboyu gərgin hazırlaşmışdıq. Gələcəkdə də bu cür oyunu davam etdirməliyik. Əlimizdən gələni edəcəyik ki, digər oyunları da udaq. Çünki “Neftçi” yalnız qələbə qazanmaq və birinci yer üçün oynayır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43