Kateqoriyasız

“Qəbələ”nin baş məşqçisi “Şiroki Briyeq”lə oyundan danışdı: “İtirəcək heç bir şeyimiz olmadığına görə…”

Sabah Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. “

İdmanxeber.com-un məlumatına görə, oyundan öncə “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanunun iştirakı ilə mətbuat konfransı keçirilib.

Konfrans zamanı yerli jurnalistlərin suallarını cavablandıran rumıniyalı mütəxəssis belə deyib:

“İlk matçda Qəbələdə 0:2 hesabilə məğlub olduğumuza görə cütün favoriti “Şiroki Briyeq”dir. Amma nəzərə alaq ki, rəqib hər iki qolu bizim səhvlərdən yararlanaraq vurdu. Oyunu ətraflı analiz etmişik. Sabah bu səhvləri təkrarlamadan və sonadək mübarizə aparmaqla turu keçməyə çalışacağıq. İtirəcək heç bir şeyimiz olmadığına görə əsasən hücumu düşünəcəyik. Rəqibimiz yaxşı təşkilatlanmış kollektivdir.Onların futbolçularından kimisə fərqləndirmək istəməzdim”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43