Kateqoriyasız

“Qəbələ” Bosniya və Hersoqovinada ilk məşqinə çıxdı

Sabah Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə (ilk oyun 0:2) “Şiroki Briyeq”lə qarşılaşacaq “Qəbələ” klubu dünən Bosniya və Herseqovinanın Mostar şəhərində ilk məşqinə çıxıb.  

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında baş tutan hazırlıq prosesi “Şiroki Briyeq”in Mostardakı bazasında reallaşıb.

Məşq zamanı komanda toplu və topsuz çalışmalar yerinə yetirib. “Qəbələ”nin matçöncəsi son məşqi bu gün axşam saatlarında gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43