Kateqoriyasız

“Qəbələ”nin daha öncəki mərhələlərdə…” – “Panatinaikos”un baş məşqçisi

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Panatinaikos” klubunun baş məşqçisi Yannis Anastasiou püşkü dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:

“Rəqibin tanış olmaması hər zaman bizi işimizə daha çox köklənməyə vadar edir. Azərbaycanda son illərdə futbol inkişaf edir. Rəqib haqda ətraflı məlumatımız yoxdur. Ancaq “Qəbələ”nin daha öncəki mərhələlərdə keçirdiyi oyunların videoyazılarını izləyərək rəqibi daha yaxşı öyrənəcəyik”.

Qeyd edək ki, “Panatinaikos” və “Qəbələ” arasında ilk oyun avqustun 20-də Yunanıstanda, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43