İdman

“Qəbələ”nin futbolçusu: “Kukesi”nin futbolçularına demək istəyirəm ki, mən onlarlayam”

“Qəbələ”nin yeni transferi Sabien Lilay Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu üçün Bakıda olan “Kukesi”ni ziyarət edib.

İdmanxeber.com-un məlumatına görə, Ötən mövsüm “Skenderbeu”nun formasını geyinən Albaniya millisinin üzvü görüşdən çəkilmiş fotonu şəxsi “İnstagram” hesabında paylaşıb.

O, ölkəsinin mətbuatəına verdiyi açıqlamada “Kukesi”nin yanında olduğunu bildirib:

“Bir neçə dəqiqə öncə “Kukesi”nin futbolçuları ilə görüşdüm. Atmosfer yaxşı idi, oyunçular nikbin görünürdülər. Oyun vaxtı dostumla stadionda olacağam. Çətin olsa da, inanıram ki, “Kukesi” rəqibini məğlub edəcək. O ki qaldı proqnoz verməyə, əvvəlcədən danışmağı xoşlamıram. Sadəcə, “Kukesi”nin futbolçularına demək istəyirəm ki, mən onlarlayam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43