Kateqoriyasız

“Qəbələ”nin futbolçusu: “Rəqabətə hazıram”

“Türkiyədəki məşq prosesi maraqlı və səmərəli keçir. Qısa müddətdir hazırlığa start versək də, fərq hiss olunmaqdadır. Var qüvvəmizlə çalışıb, mövsümün ikinci hissəsinə hazırlaşırıq. Mən komandada yeni olsam da, hər hansı çətinliklə üzləşmirəm. Təxminən iki aydır burada olduğumdan komandaya uyğunlaşmışam. Əsas heyət üzvlərini də öncədən də tanıyırdım. Elə bu üzdən də əsas komandaya keçəndən sonra çətin olmadı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Tellur Mütəllimov klubun saytına açıqlamasında deyib.

2014-cü ilin noyabrından əsas komandanın oyunlarına cəlb edilən  19 yaşlı  yarımmüdafiəçi komanda yoldaşları ilə rəqabətə hazır olduğunu bildirib:

“Qəbələ”nin akademiyasında olduğum 4 il ərzində həmişə əsas komandaya düşəcəyimə inanmışam. Bunun üçün çalışıb, səylə məşq etmişəm. Əvvəl U-17, ardınca U-19 və əvəzedicilərin heyətində çıxış etdiyim vaxtlarda da məqsədim əsas komandaya düşmək olub. Bu yolu addım-addım qət etmişəm. Hələlik əsas komandada yeniyəm. Bu üzdən səbirlə çalışıb, məşq etməliyəm. Buradakı rəqabətə hazıram. Əsas komandadayamsa, əlimdən gələn köməyi etməliyəm. Şans qazanacağım qarşılaşmalarda “Qəbələ”nin uğuru üçün çalışacağam”.

Qeyd edək ki, T.Mütəllimov Azərbaycan Premyer Liqasının XII turun AZAL-la oyunundan etibarən “18-lik”də yerini təmin edib. Ötən ilin son 7 matçında əsas komandanın qarşılaşmalarında adı protokola daxil edilən gənc yarımmüdafiəçi hələ debüt şansı qazanmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43