İdman

“Qəbələ”nin gözlədiyi futbolçu gəldi

Türkiyənin Antalya şəhərində olan “Qəbələ” təlim-məşq toplanışının 6-ci gününü 2 məçqlə yekunlaşdırıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” ötən günün ilk yarısında nəzəri məşğələ keçiblər.

Günün ikinci hissəsində baş tutan məşq prosesində komanda toplu çalışmalarla hazırlıq keçib. Xorvatiya milli komandasına çağırılıb, yığmanın heyətində “China Cup 2017”də iştirak edən Filip Ozobiç də “Qəbələ”nin Antalyadakı düşərgəsinə qoşulub. Bərpa prosesi keçən Baqali Dabo, Məhəmməd Mirzəbəyov, Elvin Camalov və Murad Musayev fərdi hazırlıqla kifayətlənib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43