Kateqoriyasız

“Qəbələ”nin ilk oyununun yeri dəyişdirildi

Avroliqanın pley-off mərəhləsi çərçivəsində Yunanıstanın “Panatinaikos” klubu ilə səfərdə qarşılaşmalı olan “Qəbələ”nin ilk oyununun yeri dəyişdirilib.

İdmanxeber.com-un məlumatına görə, UEFA ilə aparılan danışıqlar nəticəsində birinci matçın Bakıda təşkilinə qərar verilib.

Qarşılaşma avqustun 20-də baş tutacaq. Cavab oyunu isə bir həftə sonra Afinada baş tutacaq.

Qeyd edək ki, dəyişikliyə səbəb “Qarabağ”la “Qəbələ”nin eyni gündə Bakıda meydana çıxmaması üçün edilib. Qurban Qurbanovun yetirmələri İsveçrə “Yanq Boyz”u ilə ilk görüşünü avqustun 20-də səfərdə, cavab oyununu isə avqustun 27-də evdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43