İdman

“Qəbələ”nin məğlub etdiyi komanda başsız qaldı

Fransanın “Lill” klubu baş məşqçisiz qalıb.

İdmanxeber.com-un məlumatına görə Frederik Antonetti vəzifəsindən ayrılıb. Nəticələrdən narazı qalan klub rəhbərliyi fransız mütəxəssislə vidalaşıb.

Qeyd edək ki, 13 turdan sonra aktivində cəmi 10 xal olan “Lill” turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xatırladaq ki, “Qəbələ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Lill”i mübarizədən kənarlaşdırmışdı.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43