Kateqoriyasız

“Qəbələ”nin məşqində yeni futbolçu

Azərbaycan Premyer Liqasının 26-cı turunun “Qarabağ”la oyunundan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” ötən gün Qəbələ şəhər stadionunda bir araya gəlib.

Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən futbolçular sonra toplu çalışmalara üstünlük verib. Komandanın baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Ukraynalı mütəxəssis yığma üzvlərinin yoxluğunda əvəzedici komandanın qapıçısı Süleyman Süleymanovu hazırlıqlara cəlb edib. “Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.

Xatırladaq ki, “qırmızı-qaralar” növbəti oyununu martın 30-da keçirəcək. Azərbaycan Premyer Liqanın XXVII turunun qarşılaşmasında komanda AZAL-ın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43