Ölkə futbolu

“Qəbələ”nin rəqibi heyətini gücləndirib

“Qəbələ”nin Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi “Lill” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un klub saytına istinadən yaydığı xəbərə görə, Fransa təmsilçisi “Qenqam”ın yarımmüdafiəçisi Yunus Sankareni transfer edib. 26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Y.Sankare ötən mövsüm Fransa Liqasında 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43