Kateqoriyasız

“Qəbələ”nin rəqibi sifariş ərizəsini UEFA-ya göndərdi (SİYAHI)

Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşlaşacaq “Panatinaikos” klubu UEFA-ya sifariş ərizəsini təqdim edib.

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasında ilk matç avqustun 20-də Bakıda, cavab qarşılaşması isə avqustun 27-i Afinada keçiriləcək.

Qapıçılar: 1. Stefanos Kotsolis, 15. Luke Stele, 45. Nikos Qiannakopoulos

Müdafiəçilər: 4. Giorgos Koutroumbis, 5. Kostas Triantafullopoulos, 12. Nikos Marinakis, 20. Stathis Tavlaridis, 21. Nano, 24. Sergio Sançez, 25. Rasmus Telander, 28. Kristos Bourbos

Yarımmüdafiəçilər: 2. Maykl Esyen, 7. Viktor Klonaridis, 8. Tassos Laqos, 10. Zeka, 11. Yens Vemmer, 14. Abdul Ayaqun, 17. Robin Lod, 23. Nikos Kaltsas, 29. Sotiris Ninis, 32. Daniel Pranyiç

Hücumçular: 9. Markus Berq, 19. Nikos Karelis, 33. Mladen Petriç

“Panatinaikos”un ulduz futbolçusu Maykl Esyen hələ tam sağalmadığı üçün “Qəbələ”yə oynamayacağı söylənilsə də, onun adı iştirak ərizəsinə daxil edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43