İdman

“Qəbələ”nin rəqibi yarımmüdafiəçisini itirdi

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Anderlext” ciddi itki ilə üzləşib. 

İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, Belçika təmsilçisi yarımmüdafiəçi Leander Dendonkerin xidmətindən məhrum qalıb.

 

Sentyabrın 15-də “Qəbələ” ilə keçiriləcək qarşılaşmadan 4 gün əvvəl Belçika çempionatı çərçivəsində “Şarlerua”nı qəbul edəcək “bənövşəyi-ağlar”da 21 yaşlı futbolçunun iştirakı sual altındadı. Müdafiəyəmeyilli futbolçu Belçika millisinə çağırılsa da, İspaniya ilə yoldaşlıq görüşünü ehtiyatdan izləmiş və zədə ucbatından Kiprlə seçmə mərhələ matçını buraxmışdı.

 

Baş məşqçi Rene Veyler yarımmüdafiəçinin hələ də özünü yaxşı hiss etmədiyini söyləyib. Baş məşqçi Dendonkerin “Şarlerua” ilə matçda oynamaq ehtimalının az olduğunu söyləyib. Ancaq həkimlər futbolçunun “Qəbələ” ilə qarşılaşmaya yetişmək şansının yüksək olduğunu bildiriblər.

 

Qeyd edək ki, “Anderlext” Avropa Liqasının C qrupunda “Qəbələ” ilə yanaşı, “Sent-Etyen” və “Maynts”la mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43