İdman

“Qəbələ”nin sabiq hücumçusu Superliqada

Mövsüm başa çatan kimi “Qəbələ” ilə yollarını ayıran Ermin Zetsin yeni komandası bəlli olub. 

İdmanxeber.com-un məlumatına görə, bosniya və hersoqovinalı hücumçu bundan sonra Türkiyə Superliqasında çıxış edəcək.

 

O, “Karabükspor” ilə anlaşıb. Bu barədə klubdan verilən açıqlama bildirilib ki, 28 yaşlı oyunçu ilə bir illik anlaşma əldə edilib.

 

Qeyd edək ki, 2015-ci ilin yayında təmsilçimizlə anlaşan və bir mövsüm “Qəbələ”də çıxış etmiş Zets “qırmızı-qaralar”la ümumilikdə 23 oyuna çıxıb və 7 qol vurub.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43