Ölkə futbolu

“Qəbələ”nin yeni transferi: “İndi çempion olmaq vaxtıdır”

“Qəbələ” dünən müqavilə imzaladığı Daniel Subotiçə klubun rəsmi “facebook” səhifəsi  vasitəsi ilə “hazırsanmı” sualını ünvanlayıb.

İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı hücumçu bu suala şərh bölməsində belə cavab verib:

“Bura geri qayıtdığım üçün xoşbəxtəm. “Qəbələ” ilə bağlı çoxlu xoş xatirələrim və bu klubda qazandığım uğurlar var. Yenidən bu cür böyük klubda oynamaq imkanı əldə etdim. İndi “Qəbələ” ilə çempion olmaq vaxtıdır. Mən buna hazıram”.

Qeyd edək ki, “Qəbələ” D.Subotiçlə bu mövsümün sonuna kimi müqavilə imzalayıb.

Xatırladaq ki, o, 2013/14 mövsümündə də “Qəbələ”də oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43