Kateqoriyasız

Qədirov və Sadıqov bir xala razıdılar

Topaz Premyer Liqasının 8-ci turunun son oyununda “Rəvan” “Bayıl Arena”da AZAL-la qarşılşadı. Komandaların səylərinə baxmayaraq, qarşılaşmada hesab açılmadı – 0:0.

Vladislav Qədirov, “Rəvan” klubunun baş məşqçisi: “Komandama inanıram. Bu gün əsas məqsəd məğlub olmamaq idi. Hər iki komanda ehtiyatlı oynadı. Vurulan bir qol oyunun taleyini həll edə bilərdi. Oyundan öncə AZAL daha rahat görünürdü, xal ehtiyatları bizimlə müqayisədə daha çoxdu. Hər iki komandanın qol vurmaq şansları oldu”.

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Komandalar qələbə qazanmaq üçün mübarizə aparırdı. Fikrimcə, heç-heçə ədalətli nəticə idi. Ardıcıl iki məğlubiyyətdən sonra qalib gəlmək istəyirdik. 4 gün sonra “Simurq”la çox çətin oyunumuz var. Bugünkü oyundan razı qaldım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43