Kateqoriyasız

“Qələbələrimizin vaxtı çatıb” – “Xəzər Lənkəran”ın baş məşqçisi

Premyer Liqanın XXII turu çərçivəsində “Xəzər Lənkəran” sabah “Zirə”ni qonaq edəcək.

Cənubluların baş məşqçisi Elbrus Məmmədov İdmanxeber.com-a açıqlamasında “qartallar”la oyun öncəsi yaxşı oyuna və nəticəyə ümid etdiklərini bildirib:

“Rəqibin liderlər mövqeyində olması yaxşçı və güclü komanda olduğunu göstərir. Buna baxmayaraq biz də sabahkı matçda fərqli oyun sərgiləmək istəyirik. Bundan əlavə doğma divarlar amili də var. Sabah mübarizə dolu oyun izləyəcəyik. Qələbələrimizin vaxtı çatıb”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Zirə” oyunu sabah saat 14:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43