Kateqoriyasız

“İnter” təcrübəli futbolçusu “Qarabağ”la oyunu da buraxacaq?

“İnter”in zədəli futbolçusu Zurab Xizanaşvili “Qarabağ”la oyunu da buraxa bilər.

İdmanxeber.coma klubun mətbuat xidmətindən verilən məlumata görə, ötən gün “Kəpəz”lə oyunu zədə səbəbindən buraxan gürcüstanlı müdafiəçinin Premyer Liqanın XXIII turu çərçivəsində “Qarabağ”la oyunu da buraxmaq təhlükəsi var. Həkimlər təcrübəli oyunçunu Ağdam klubu ilə oyuna kimi hazır vəziyyətə gətirməyə çalışır.

Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı fevralın 27-ə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43