Kateqoriyasız

Terri “Mançester Siti”yə qarşı oynayacaqmı?

“Çelsi”nin müdafiəçisi Con Terri zədəsini hələ də sağaltmayıb.

İdmanxeber.com-un məlumatına görə, ingilis futbolçu növbəti görüşdə də komandasına kömək edə bilməyəcək.

London təmsilçisinin baş məşqçisi Qus Hiddink Terrinin İngiltərə Federasiya kubokunda “Mançester Siti” ilə keçiriləcək oyunda meydana çıxmayacağını deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43