Dünyadan

“Qızıl top”un sahibi müəyyənləşdi

“France Football” dərgisinin dünyanın ən yaxşı oyunçusuna verdiyi “Qızıl top” mükafatının sahibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, müxtəlif ölkələrdən 173 jurnalistin verdiyi səslərə əsasən, Portuqaliya millisinin və Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo bu ilin ən yaxşı oyunçusu seçilib.

Beləliklə, o, 4-cü dəfə (2008, 2013, 2014, 2016) bu mükafatı qazanıb.

O, bu il keçirdiyi 55 oyuna 51 qol vurub vı 17 qol ötürməsi verib.

Qeyd edək ki, K.Ronaldo bu il Portuqaliya millisinin tərkibində Avropa çempionu və “Real”al Çempionlar Liqasının qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43