Dünya futbolu

“Qoca sinyora” fransalı müdafiəçiylə maraqlanır

“Yuventus” “Volfsburq”un müdafiəçisi Maksens Lakrua uğrunda “Milan”la mübarizə aparacaq.

İdmanxeber.az “Bild”ə istinadən xəbər verir ki, Turin təmsilçisi futbolçu üçün hərəkətə keçib.

Onlar Almaniya klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Lakruaya görə 10-15 milyon avro ödəmək niyyətindədir.

Bu mövsüm fransalı Bundesliqa və Almaniya kubokunda 26 oyun keçirib, 3 qol vurub.

23 yaşlı mərkəz müdafiəçisi “Soşo” yetirməsidir. O, 2020-ci ildə “Volfsburq”a keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43