Kateqoriyasız

“Qranada”nın hücumçusu rəsmən “Neftçi”də

“Neftçi” İspaniyanın “Qranada” klubunun hücumçusu Denilson Pereyra ilə müqavilə imzalayıb. 

İdmanxeber.com-un məlumatına görə, 21 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında “ağ-qaralar”ın heyətində çıxış edəcək.

2015/2016 mövsümündə İspaniyanın “Qranada” klubunun ikinci komandasında 38 oyuna çıxan Pereyra 10 qola imza atıb.

Qeyd edək ki, yeni transfer Braziliyanın “Fluminense” klubunun yetirməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43