Kateqoriyasız

Qriqorçuk: “Eyforiyaya qapılmamalıyıq”

“Qəbələ”nin Avropa Liqasının qrupuna düşməsi ilk növbədə düzgün işin nəticəsində mümkün olub. Qrupa vəsiqə qazanmaq üçüb çətin yol keçdik. Özü də bu, tamamilə yeni bir komandadır”.

İdmanxeber.com-un xəbərinə görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar”ın baş məşqçisi daha sonra sözlərinə belə davam edib:

“Dörd mərhələ keçmək olar. Sadəcə, biz çox yaxşı və doğru işlədik. Komanda iyunun 21-də toplandı. O vaxt futbolçularımız məxtəlif durumda idilər. Elələri vardı ki, yarım ildi futbol oynamırdılar. Bəziləri isə iyunun 21-dən sonra komandaya qoşuldular. Sonra isə komanda yavas-yavaş forma yığmağa başladı. Tanrıya şükür ki, bizdə hər şey alındı, getdikcə gücləndik. Məntiqlə bundan sonra “Qəbələ” üçün daha rahat olmalıdır. Çünki indi komanda həm funksional, həm də oyun baxımından əla vəziyyətdədir”.

Ukraynalı mütəxəssis qrupa vəsiqə qazandıqdan sonra “Qəbələ”nin transfer etdiyi üç futbolçunun durumundan da danışıb. “Biz onlara ümid bəsləyirik. İndi ən vacibi bu futbolçuların lazımi formaya düşməsidir. Hələ çox yaxşı vəziyyətdə deyillər. Bizə lazımdı ki, onlar tezliklə heyətə düşə bilsinlər.

Dəqiq bilirəm ki, mənim rəhbərliyim bu uğurlarla qane olmaq istəmir. Onlar daha da irəli getməyi hədəf qoyublar. Amma biz eyforiyaya qapılmamalıyıq. “Qəbələ”nin etdiyini kiçik möcüzə də adlandırmaq olar. Futbolda belə hallara az halda rast gəlinir. Hərçənd biz artıq sakitləşməliyik. Əsas odur ki, bundan sonra formaslaşdırdığımız oyunu qoruya bilək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43