İdman

Qriqorçuk: “Narazılıq üçün əsas yoxdur”

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”  üçüncü yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Şimal təmsilçisi “Ordabası” (Qazaxıstan) ilə 0:0 bərabərə qalıb. Matçdan sonra klub saytına danışan “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərh edib:

“İki gündə iki yoxlama oyunu keçirdik. Prinsipcə, bu düzgün yanaşmadır. Dünən bir heyətlə, bu gün başqası ilə mübarizə apardıq. “Qaz Metan”la görüşdə 45 dəqiqə oynayan bəzi oyunçular bu gün yenə şans qazandı. Bunu normal hesab edirəm. Elə bölüşdürmüşük ki, kimə lazımdırsa, o da daha çox oynasın. Cavid Hüseynov dünən 45 dəqiqə, bu gün bütün matçda meydanda oldu. Hazırlıq baxımından hər şey yaxşı keçdi. Futbolçuların çoxunu müxtəlif mövqelərdə sınadıq. Bizim üçün informasiya baxımından faydalı oldu. Ümumilikdə toplanışa gəlincə, hazırlığa bir az gec başlasaq da, hər şey qaydasındadır. Yaxşı şəraitdə hazırlıq keçirik. Hava şəraiti də toplanış üçün münasibdir. Narazılıq üçün əsas yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43