Ölkə futbolu

Qriqorçuk:”İlk oyundan sonra eyni düşüncədəyəm”

Avropa Liqası I təsnifat mərhələsi cavab oyunları çərçivəsində “Qəbələ” Gürcüstanın “Samtredia” klubuna qonaq olub.

İdmanxeber.com -un  verdiyi məlumata görə, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Oyundan sonra “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

– Bu gün qələbə üçün nə çatışmadı?

– Oyuna qədər düçünürdüm ki, bunu düşünürdük. Bu oyun bizim üçün analiz baxımından önəmli material olacaq. Bu oyunda alınmayanlar növbəti oyunlar üçün səhvləri dərk etmək üçün. Şadam ki, belə vəziyyət yarandı ki, səhvləri görə bilək.

– Rəşad Sadiqovun zədəsi ilə bağlı…

– Hal hazırda demək çətindi. Düşünürəm ki ciddi deyil. Təcrübəli və bizə lazımlı futbolçudu. Meydannda çıxmaqla zədəsinin qarşısını aldı.

– Sizə görə “Samtredia” “Qəbələ” ilə eyni səviyyəli komandadımı?

– Mən sizə ilk oyundan öncə bunları dedim. Yaxşı komandadı. Hücum edən klubdu. İlk oyundan sonra da fikrim dəyişməyib, indi də eyni düşüncədəyəm. Amma razıyam ki, biz onlardan güclüyük

İstinad: Korner.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43