Kateqoriyasız

Qriqorçukun başı dərddə

Premyer Liqanın 31-ci turu çərçivəsində Lənkəranda “Xəzər Lənkəran”ln qonağı olacaq “Qəbələ” bu oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”ın heyətində Ruslan Abışov, Dodo və Ermin Zets zədəlidi. 

“Rəvan”la matçda sarı vərəqə alan Vojislav Stankoviç və Elvin Camalov cəzalı duruma düşdüyündən növbəti matçı buraxmalı olacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” matçı aprelin 23-ü baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43