Premyer Liqa

Qurban Qurbanov: “Başımızı aşağı salıb öz işimizi görməliyik”

“Maraqlı oyun alındı, vacib 3 xal qazandıq. “Bakı” ilk hissəyə yaxşı başladı. Amma oyunun gedişini ələ aldıq, qollar vurduq. Qış fasiləsindən sonra oyunların sürəti daha da yüksəlib. Çempionat bundan sonra daha da çətin olacaq. Komandamı sona kimi mübarizə apardıqları üçün təbrik edirəm”.

Bu sözləri “Bakı” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib. Qurbanov azarkeşlərdən də danışıb:

“Azarkeşlərə də dəstəyə görə təşəkkürümü bildirirəm. Buna baxmayaraq, azarkeşlər rəqiblərə hörmətlə yanaşmalıdırlar, bəzi ifadələri işlətməsələr daha yaxşı olar. Biz azarkeşlərimiz üçün oynayırıq. Neçə ildir ki, “Qarabağ”da çalışıram və hər dəfə də komandamızın çempion ediləcəyi barəsində şaiyələr dolaşır. Öz işimiz, öz komandamız var. Başımızı aşağı salıb öz işimizi görməliyik”.日本藤素
pan>


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43