Kateqoriyasız

Qurban Qurbanov: “Bəzi oyunçuların xarakterinə görə narahatam”

Topaz Premyer Liqasının 4-cü turunda “Bakı”nı qəbul edən “Qarabağ” rəqibin müqavimətini qıra bilmədi və hesabda geri düşdüyü oyunda yalnız 1 xal qazanmağı bacardı – 2:2.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında bu fikirləri səsləndirib:

“Oyun barədə çox danışmaq istəmirəm. Düşündüyüm nəticə qeydə alınmadı. Xalsız qalmaqdansa, bir xal daha yaxşıdır. “Bakı”nı təbrik edirəm. Onlar qalib gəlsəydilər, daha ürəkdən təbrik edəcəkdim. Bu vəziyyətdə mübarizə aparan komandaya təbrik düşür. Bu gün 3 qol vursaydıq, bəlkə də 4 qol buraxacaqdıq. Bu gün belə bir gün idi. Bəzi futbolçuların ürəyində nə olduğunu bilmirəm. Futbolçuların üzərinə çox getmək istəmirəm. Yol yorğunluğunu nəzərə almaq lazımdır. Buna baxmayaraq, futbolçulara öz narazılığımı bildirdim. Çünki, biz vacib iki xal itirdik. Milliyə görə bir yerdə ola bilməyəcəyik. Bu da müəyyən problemlər yaradacaq. Futboldur, qarşıdakı oyunlara baxmalıyıq, çempionata köklənməliyik. Nəticəyə görə yox, bəzi oyunçuların xarakterinə görə narahatam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43