Kateqoriyasız

Qurban Qurbanov: “Futbol üçün, fanatlarımız üçün çox darıxmışdıq”

Topaz Premyer Liqasının XX turu sonuncu çempion “Qarabağ” üçün uğurlu alındı. Fasilədən sonra ilk oyununa çıxan Qurban Qurbanovun komandası “Bakı”nı 4-1 hesabı ilə üstələyib, aktivinə 3  xal yazdırdı.  

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra bunları deyib:

“Futbol üçün, fanatlarımız üçün çox darıxmışdıq. Bu oyuna çox ciddi hazırlaşmışdıq. İlk oyunlarda çatışmazlıqlar olur. Həmçinin, bizdə də boşluqlar var idi. Amma ümumilikdə oyunumuzdan razı qaldım. Çox vacib qələbə qazandıq. “Bakı” klubuna uğurlar arzulamaq istəyirəm. Qarşıda bizi ciddi bir sınaq gözləyir. AZAL son vaxtlar çox gözəl oyun nümayiş etdirir. Sona kimi döyüşən komandadır. Onlara qarşı ciddi hazırlaşmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43